11.08.2021 12:47
422
"Neftçi" "Bursaspor"a (Türkiyə) keçəcəyi gözlənilən hücumçusu Namiq Ələsgərovu HİK-lə oyun üçün Finlandiyaya aparmayıb.
"CEMPİON.AZ" xəbər verir ki, paytaxt təmsilçisi bu gün Helsinkiyə yola düşüb. “Neftçi” sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündə meydana çıxıcaq. HİK-lə Bakıdakı oyun 2:2 hesabı ilə yekunlaşıb.
N.Ələsgərovun Helsinkiyə aparılmaması futbolçunun zədəli olması ilə əlaqələndirilir. Lakin bu addımı cəzalandırma da hesab etmək olar. "Neftçi" Ələsgərovu buraxmaq istəməsə də, 26 yaşlı futbolçu legioner həyatı yaşamaqda israrlıdır. O, hazırda Bakıda fərdi məşqlər edir.
Məlumata görə, “Neftçi” ağır infeksuyaya yoluxan mərkəz müdafiəçisi Huqo Bastonu da Bakıda saxlayıb.