"Olimpiadada 3 qızıl medal qazanmaq şansımız var idi. Amma finallar idmançılarımızın xeyrinə olmadı".
"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə karateçilər Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) və sərbəst güləşçi Hacı Əliyevin (65 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazana bilməmələri barədə danışarkən deyib.
O bildirib ki, Ağayev həlledici görüşdə hakimlərin səhvi üzündən uduzdu: "Rafaelin final qarşılaşmasını dəfələrlə izlədim və belə qanətə gəldim ki, onu uduzdurublar. Bunu isə İtaliya mafiyası etdi. Bütün idmançılarımıza dəstək vermək lazımdır. Burada qələbə olduğu kimi, məğlubiyyət də var".
Qeyd edək ki, Azərbaycan Tokio olimpiadasını 7 medalla başa vurub.
DİGƏR NÖVLƏR
Faiq Qarayev: "Rafaeli İtaliya mafiyası uduzdurdu"
11.08.2021 18:46
653