cümə, 29 noyabr 2024

DÜNYA FUTBOLU

Superkubok Londona getdi

12.08.2021 01:56 Oxundu 452


Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil edilən görüşdə İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gəliblər.
Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında "Çelsi" daha dəqiq olaraq (6:5) Superkubokun qalibi olub.
Xatırladaq ki, "Çesli" Çempionlar Liqasının, "Vilyarreal" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçına çıxıb.
 

23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:1(Penaltilər - 6:5)
Qollar:
 Ziyeş, 27 (1:0), Moreno, 73 (1:1)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu