cümə, 29 noyabr 2024

BİZİM FUTBOL

Canni de Byazi Ukrayna millisinin təklifini qəbul etmədi

12.08.2021 09:46 Oxundu 472


Canni de Byazi Ukrayna Futbol Assosiasiyasının təklifini qəbul etməyib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə yerli jurnalist İqor Burbas xəbər yayıb.
Onun sözlərinə görə, Andrey Şevçenkonun ayrılmasından sonra baş məşqçi axtarışına çıxan assosiasiya italiyalı mütəxəssislə yanaşı, Yurgen Klinsmanna da eyni təklifi göndərib. Lakin hər iki məşqçinin nümayəndələri danışıq prosesinə başlamadan rədd cavabı verib. Ukrayna yığmasını yerli mütəxəssislərdən birinin çalışdırması gözlənilir. Ən real namizəd isə Sergey Rebrovdur.
Qeyd edək ki, Canni de Byazi ötən ildən Azərbaycan millisinə rəhbərlik edir.