cümə, 29 noyabr 2024

GÜLƏŞ

Hacı Əliyev: "Orada mənə qarşı bir az haqsızlıq oldu"

12.08.2021 13:40 Oxundu 647


"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox az qalmışdı. Şükürlər olsun ki, medalsız qayıtmadım".

"CEMPİON.AZ" xəbər verir ki, Report-un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev (65 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
3 qat dünya və 3 qat Avropa çempionu ona dəstək verən insanlara minnətdarlığını bildirib: "Allah hamıdan razı olsun. "Bu uğurlarımda çox insanın payı var. Hamısına təşəkkür edirəm.
30 yaşlı idmançı yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzinin olduğunu söyləyib: "Əlbəttə, belə bir şey var idi. Hamı gördü ki, orada mənə
qarşı bir az haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda geniş danışacağıq".
Əliyev 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunlarda iştirakının sual altında olduğunu vurğulayıb: "Bir az istirahət etdikdən sonra tam qərar verəcəyəm. Tokio olimpiadasındakı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın zəfəridir".