12.08.2021 22:07
522
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" cavab oyununa çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Kipr AEL-ini qəbul edib. Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanovun komandası 87-ci dəqiqiədə rəqib qapısına yol tapa bilib. Kadi qonaqları məyus edib. Matçda bundan başqa qol olmayıb. Nəticədə "Qarabağ" pley-offa yüksəlib.
Qeyd edək ki, Kiprda keçirilən ilk matç 1:1 hesablı bərabərliklə bitimişdir. "Qarabağ" növbəti mərhələdə “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.