13.08.2021 12:24
475
Böyük britaniyalı atlet Çicindu Ucanın dopinq testi pozitiv çıxıb.
"CEMPİON.AZ" Fanat.Az-a istinadən xəbər verir ki, Tokio 2020-nin 4x100 metr estafet yarışında gümüş medal qazanan 27 yaşlı idmançının orqanizmində qadağan olunmuş ostarin və S-23 maddələri tapılıb.
Atlet müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Sprinterin təqsiri tam sübuta yetirilərsə, onu 4 il sanksiya gözləyir.
Qeyd edək ki, Tokio 2020-yə qatılan atletlərdən mərakeşli Sadik Miku, Gürcüstanı təmsil edən erməni Benik Abrahamyan və keniyalı Mark Odiambonun da dopinq testinin cavabı pozitiv olub.