14.08.2021 22:49
444
“İlk oyun idi. Matça bir az gərgin başladıq".
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt”ı qəbul edən paytaxt klubu meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “İkinci hissəni bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik. Hesab oyuna görə olmadı. Biz ikinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü".