cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Müdafiəçi “Çelsi”dən ayrılır

16.08.2021 10:46 Oxundu 456


“Çelsi” müdafiəçisi Metyu Miazqa heyətdə yer ala bilmir.
“CEMPİON.AZ” xəbər verir ki, elə buna görə də futbolçu karyerasını İspaniyada davam etdirə bilər. Belə ki, 26 yaşlı müdafiəçinin “Alaves”ə icarəyə veriləcəyi gözlənilir. ABŞ-lı müdafiəçinin London təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Metyu Miazqa “Vitess”, “Nant”, “Ridinq”, “Anderlext” kimi klublarda icarə əsasında çıxış edib.