cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

İlkay Gündoğan sıradan çıxıb

16.08.2021 13:25 Oxundu 413


"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan zədələnib.

"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 1-ci turunda "Tottenhem"lə matçın (0:1) sonlarına yaxın çiynindən zədə alıb. O, bu gün tibbi müayinədən keçəcək və bərpa müddəti məlum olacaq.
Qeyd edək ki, "Siti" ölkə çempionatının 2-ci turunda avqustun 21-i doğma meydanda "Norviç"lə qarşılaşacaq.