"Liverpul"un futbolçusu Vircil van Deyk uzun müddətdən sonra yaşıl meydanlara qayıtmasını şərh edib.
"CEMPİON.AZ" xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 1-ci turunda"Norviç"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda 90 dəqiqə oynayıb.
Niderlandlı müdafiəçi hələ forma yığdığını bildirib: "Meydana çıxmaq, birinci turda oynamaq istəyirdim, çünki bu, mənə lazım idi. Vücudumu tanıyıram və bir çox cəhətdən hələ də güclənməli olduğumu başa düşürəm. Mən robot deyiləm. Dərhal 100 faiz bərpa ola bilmirəm.
Bu görüşdə oynadım və bir çox səbəbdən emosional və çətin idi. Oyundan əvvəl hər şeyin necə olacağını təsəvvür etməyə çalışırsan. Məşqlərimi davam etdirdim və dizimdə inam hiss etdim. Bu, asan deyildi və geri döndüyüm üçün çox şadam".
Qeyd edək ki, van Deyk ötən ilin oktyabrından rəsmi matçlardan iştirak etmirdi.
DÜNYA FUTBOLU
Vircil van Deyk: "Bu, asan deyildi"
16.08.2021 15:44
503