cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Sevilya" müdafiəçi transfer edib

17.08.2021 22:57 Oxundu 450


İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"CEMPİON.AZ" xəbər verir ki, La Liqa təmsilçisi “Verder”dən Ludviq Auqustinssonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Auqustinsson İsveç milli komandasının da üzvüdür.