“Sevilya”nın yarımmüdafiəçisi Alexandro Qomes “Atalanta”dan ayrılmasının səbəbini açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, argentinalı futbolçu baş məşqçi Can Pyero Qasperini ilə yaşadığı insidentə görə bu addımı atdığını deyib.
33 yaşlı hücumameyilli oyunçu özündən 30 yaş böyük çalışdırıcının ona hücum çəkdiyini deyib: “Midtyulland”la oyunda onun taktiki göstərişlərinə tabe olmadım, dediyi mövqeyə çəkilmədim. Fasilədə məni əvəzləyəcəyini artıq bilirdim. Amma paltardəyişmə otağında həddini aşdı, üstümə şığıyaraq, mənə fiziki güc tətbiq etdi. Razıyam, kapitan kimi özümü pis apardım. Ertəsi gün klubun iclasında prezidentdən, məşqçilərdən və komanda yoldaşlarımdan üzr istədim. Amma baş məşqçidən yox. Sonra prezidentə Qasperininin rəhbərliyi altında oynamaq istəmədiyimi dedim. Yeddi il əmək sərf etdiyim klub məni əvəzedicilərə göndərdi, bir növ kənara atdı. Qasperiniyə məndən üzr istəməli olduğunu demək üçün prezidentin cəsarəti çatmadı”.
Qeyd edək ki, Alexandro Qomes 2014-cü ildən bu ilin yayına qədər “Atalanta”nın şərəfini qoruyub, kapitanlığını edib.
DÜNYA FUTBOLU
"Sevilya"nın yeni transferi: "Onun rəhbərliyi altında oynamaq istəmədiyimi dedim"
18.08.2021 11:25
457