18.08.2021 12:46
531
"Finiks Rayzinq"dən "Şalke"nin əvəzedici komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov keçmiş klubu ilə vidalaşıb.
"CEMPİON.AZ" xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabından paylaşım edib. O, Arizona təmsilçisinə təşəkkür edib:
"Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.