cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Sabah"ın futbolçusu cəzalandırıldı 

18.08.2021 14:41 Oxundu 446


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, iclasda Premyer Liqamızın 1-ci turunda keçirilən matçlarla bağlı qərarlar qəbul edilib. Belə ki, "Sabah"ın futbolçusu Mikels Coy-Lensə bir oyunluq cəza verib. Buna 28 yaşlı yarımmüdafiəçinin "Səbail"ə 0:1 hesabı ilə uduzduqları görüşdə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.
Komitə paytaxt təmsilçisini isə 200 manat məbləğində cərimələyib.