“Bu mövsüm ən zəif performansımızı “Neftçi”yə qarşı son matçın ilk hissəsində göstərmişik”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”ni məğlub edən HİK-in baş məşqçisi Toni Koskela deyib.
Çalışdırıcı pley-offda qarşılaşacaqları “Fənərbaxça” ilə matça daha rahat hazırlaşdıqlarını bildirib: “Neftçi” ilə matçda iştirak edən futbolçuların hamısını İstanbula gətirmişik. Bu mövsüm avrokuboklardakı rəqiblərimizdən “Fənərbaxça” və “Malmö” güclü komandalardır, onları müqayisə etmək çətindir. Təbii ki, “Neftçi” açıq futbol oynayan “Fənərbaxça”dan aşkar zəifdir. Ancaq Türkiyə klubunun necə oynadığını bildiyimiz üçün onlara qarşı hazırlaşmaq daha asandır”.
Qeyd edək ki, “Neftçi” ilə Bakıdakı qollu bərabərlikdən (2:2) sonra öz meydanında 3:0 hesablı qələbə qazanan HİK bu gün pley-off mərhələsinin ilk matçında “Fənərbaxça”nın qonağı olacaq.
BİZİM FUTBOL
Toni Koskela: “Neftçi” aşkar zəifdir"
19.08.2021 10:15
468