cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Hücumçu klubdan getmək istəyir

19.08.2021 14:15 Oxundu 456


İtaliya millisinin futbolçusu Domeniko Berardi şərəfini qoruduğu “Sassuolo”dan ayrılmağa qərar verib.

"CEMPİON.AZ" xəbər verir ki, hücumçu transfer olunması üçün klub rəhbərliyindən xahiş edib.
Berardinin A seriyası təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. 27 yaşlı futbolu rəhbərlikdən onu daha tez satmağı istəyib. “Sassuolo” oyunçusunu əvvəlki kimi 40 deyil, artıq 30 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, “Sassuolo”nun yetirməsi olan Berardi 2012-ci ildən əsas komandada oynayır.