19.08.2021 17:28
443
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya superkubokunda "Borussiya" (Dortmund) ilə matçda (3:1) zədələnib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat verib. Bildirilib ki, 35 yaşlı qolkiperin ayaq biləyində zədə aşkarlanıb. Bu səbəbdən o, komandanın bugünkü məşqini buraxıb.
Noyerin Münhen təmsilçisinin Bundesliqada avqustun 22-i keçiriləcək "Köln"lə matçı buraxmasının mümkün olduğu vurğulanıb.
Xatırladaq ki, alman qapıçı 2011-ci ildən "Bavariya"da çıxış edir.