19.08.2021 18:42
421
İngiltərənin “Bornmut” klubunun futbolçusu Arno Qruneveld karyerasını İspaniyada davam etdirəcək.
"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, Niderland millisinin yarımmüdafiəçisi “Vilyarreal”a keçib.
24 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. O, 2026-cı ilə qədər La Liqa klubunda oynayacaq.
Qeyd edək ki, Quneveld 2019-cu ildən şərəfini qoruduğu “Bornmut”da 52 oyunda 17 qol vurub.