cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

"Neftçi" - "Makkabi" oyununda 6 qol vuruldu - YENİLƏNİB

19.08.2021 22:55 Oxundu 693

UEFA Konfrans Liqasının pley-off ilk oyununda "Neftçi Bakıda "Makkabi"ni qəbul edib.
"CEMPİON.AZ"
xəbər verir ki, 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Qonaqların heyətində 90+6-cı dəqiqədə Çeri özünün ikinci komandasının 3-cü qolunu vurub. Matç bu hesabla da bitib.
Qeyd edək ki, avqustun 26-da Hayfa şəhərində cavab matçı keçiriləcək.. 

*** 22:39
Qonaq komandanın heyətində Çeri hesab arasındakı fərqi azaldır. Futbolçu 78-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapdı.

*** 22:29
72-ci dəqiqiədə Lavalın ötürməsindən sonra kapitan Emin Mahmudov komandasının 3-cu qolunu vurdu.

*** 22:24
UEFA Konfrans Liqasındakı təmsilçilıərimizdən "Neftçi" pley-off mərhələsində ilk matçına çıxıb. 

"CEMPİON.AZ" xəbər verir ki, paytaxt təmsilçisi "Bakcell Arena"da Hayfa "Makkabi"sini qəbul edir. Qarşılaşmada iki qol vurulub. Qonaq komandanın heyətində Atzili 9-cu dəqiqədə "Neftçi"ni məyus edib. İlk hissədə qapılara başqa qol vurulmayıb. Fasilədən sonra hücumlarını artıran "flaqman" hesaba tarazlıq gətirib. Laval 50-ci dəqiqədə hayfalıları oyuna mərkəzədən başlamağa məcbur edib. 66-cı dəqiqədə Laval özünün və komandasının ikinci qolunu vuraraq "Neftçi"ni hesabda önə keçirdi. 

UEFA Konfrans Liqası pley-off matçı
"Neftçi" - "Makkabi" 3 - 3