“Biz oyuna yaxşı başladıq”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Makkabi” (Hayfa, İsrail) klubunun baş məşqçisi Barak Baxar deyib.
O, Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” ilə ilk görüşü (3:3) barədə fikirlərini açıqlayıb: “Sonra üç qol buraxdıq. Şadam ki, 1:3-dən geri dönə bildik və heç-heçəyə nail olduq. Bir həftədən sonra cavab görüşü keçiriləcək. Biz doğma azarkeşlərimiz önündə oynayacağıq. “Neftçi” güclü komandadır və eyni səviyyəli rəqiblər oynayırdı. Rəqibin ilk qolu gözəl alındı. Sonra ruhlanıb daha iki qol vurdular. Bu nəticə bizi qane edir”.
Mütəxəssis “Neftçi”nin cəmi 17 dəqiqədə oyunu dəyişdiyini bildirib: “Sabir Buqrin Mərakeş yığmasına çağırılıbsa, yaxşı oyunçudur. Yusuf Laval da yaxşı futbol göstərdi. Emin Mahmudovu da fərqləndirərdim. “Neftçi” 17 dəqiqə ərzində oyunu dəyişib üç qol vurdu. Həmin dəqiqələrdə meydanda bir komanda var idi. Amma sonradan oyunun axarı yenə dəyişdi. Əsas məqsədimiz qrupa çıxmaqdır. Hər şeyə hazırıq. Cavab görüşündə nə biz dincələcəyik, nə də “Neftçi”.
DÜNYA FUTBOLU
Barak Baxar: "Cavab görüşündə nə biz dincələcəyik, nə də “Neftçi”
19.08.2021 23:23
448