20.08.2021 14:25
451
“Çelsi” futbolçusu Kenedinin müqaviləsini yeniləyib.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.
Müqavilənin ardından isə Kenedi Braziliyanın “Flamenqo” klubuna icarəyə verilib. Yarımmüdafiəçi 2021/2022 mövsümünü bu klubda keçirəcək.
Qeyd edək ki, Kenedi 2015-ci ildən “Çelsi”dədir. O, müxtəlif vaxtlarda İngiltərədə “Nyukasl”, “Uotford”, İspaniyada “Xetafe” və “Qranada”da icarədə olub.