"Onun hələ də ayağı ağrıyır. Futbolçunun son durumu növbəti həftə qiymətləndiriləcək. Amma çox da yaxşı görünmür".
"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Bakıda "Qarabağ"a qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən Endryu Konsidaynın durumu haqqında danışarkən deyib.
45 yaşlı mütəxəssis müdafiəçinin ot örtüyündəki problem üzündən sıradan çıxdığını xatırladıb: "600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir və düşünürəm ki, onların xalqı da bununla razılaşar".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-da Şotlandiyada olacaq.
BİZİM FUTBOL
Stiven Qlass: "Bakıda meydanın vəziyyəti rüsvayçılıq idi"
21.08.2021 09:41
497