21.08.2021 10:25
444
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Andreas Pereyra karyerasını Braziliyada davam etdirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, yarımmüdafiəçi “Flamenqo”ya icarəyə verilib.
Onun müqaviləsi 1 il müddətinə nəzərdə tutulub. Klublar arasında anlaşmaya əsasən, Braziliya təmsilçisi sonradan futbolçunu almaq hüququna da malikdir.
Bunun üçün “Flamenqo” 15 milyon avro ödəməli olacaq. Qarşıdakı mövsüm ərzində Andreasın maaşının klublar birlikdə ödəyəcək.