cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Liverpul" Salahla müqaviləni yeniləmək istəyir

21.08.2021 10:48 Oxundu 468

"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədir.

"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O 29 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamaq üçün danışıqlar apardıqlarını deyib:
"Danışıqlar gedir, bəli. Bunun üzərində işləyirik. Onunla müqaviləni uzatmaq istəyirik. Salahın əhval -ruhiyyəsi yaxşıdır və ümid edirəm ki, belə də qalacaq".
Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.