21.08.2021 11:41
473
Venesuela milli komandasını baş məşqçisi Joze Pezeyru istefa verib.
“CEMPİON.AZ” xəbər verir ki, bu haqda məlumatı ölkənin Futbol Federasiyası yayıb. Pezeyru özü istəyi ilə baş məşqçi postundan gedib.
61 yaşlı baş məşqçinin bu qərarı verməsinə səbəb maaşların gecikdirilməsi olub. Məlumata görə, yeni baş məşqçinin kimliyi tezlikl açıqlanacaq.
Qeyd edək ki, 2020-ci ilin fevralından Joze Pezeyru milli komandaya rəhbərlik edirdi.