cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

“Barselona” kredit götürdü

21.08.2021 12:48 Oxundu 481

“Barselona” futbol klubu 455 milyon avro məbləğində kredit götürüb.
“CEMPİON.AZ” "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, kredit 10 il üçün hesablanır və onun orta faizi 1,98-dir.
Kataloniya təmsilçisi maliyyə problemləri səbəbindən Lionel Messi ilə yeni müqavilə imzalaya bilməyib və argentinalı oyunçu Fransa PSJ-sinə keçib.
Daha əvvəl klub prezidenti Joan Laporta borclarının artdığını söyləyib.