Azərbaycan Premyer Liqasında "Qəbələ" - "Keşlə" matçından sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev qarşılşama haqqında fikirlərini söyləyib.
"CEMPİON.AZ" xəbər verir ki, Baxşıyev komandasının planı yerinə yetirdiyini bildirib:
“Öncədən bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibimiz olan “Keşlə” keyfiyyətli futbolçulardan ibarət komandadır. Həftə ərzində futbolçularımızı belə ağır matça hazırlamağa çalışdıq. Komandamız planı ümumilikdə yerinə yetirdi. Layiqli qələbə qazandıq. Yaovi Akakponu heyətə götürəndə hazır deyildi, uzun müddət futboldan kənar qalmışdı. İlk gündən də perspektiv vəd edən oyunçu idi. Hələ potensialını tam açmayıb və daha yaxşı ola bilər. Qapıçı Nicat Mehbalıyev inandığımız və güvəndiyimiz qapıçıdır. Onun oyunundan razıyam. 2:0 hesabı ilə öndə olanda və yaradılan qol imkanlarından istifadə edə bilməyəndə gərginliyin yaranması normaldır. Rəqib də qalib gəlmək istəyirdi. “Keşlə” də təzyiq göstərirdi və ikinci hissədə öz gücünü ortaya qoydu. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Əks-hücumlar hazırlamışdıq və rəqibin boşluqlarını bilirdik. Oyun göstərdi ki, bundan da yararlandıq. Əlbəttə, nəticəyə də oynamaq önəmlidir. Məni nəticədən öncə komandanın yanaşması və tapşırıqları maksimum yerinə yetirməsi razı salır. Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox" - deyə o bildirib.
E.Baxşıyev deyib ki, komandası daha da yaxşı ola, inkişaf edə bilər: "Fasilədə də həmin epizoda görə Məqsəd İsayevə heç kim irad bildirmədi. Bu, futbolun xırda detalıdır. Belə hallar olur. Onların üzərində çox dayanmaq lazım deyil”
BİZİM FUTBOL
Elmar Baxşıyev: "Rəqib də qalib gəlmək istəyirdi"
21.08.2021 21:04
464