23.08.2021 11:47
509
Türkiyənin "Fənərbağça" klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib.
"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlardan bağlı təzminat tələb edir.
Klub dəymiş zərərin qarşılığında yerli futbol federasiyasından 250 milyon TL ödənməsini tələb edir.
Qeyd edək ki, "Fənərbağça" 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. Komanda danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün avrokuboklardan məhrum edilib.