cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

“Leypsiq” kapitana 10 milyon avro qiymət qoydu

24.08.2021 11:42 Oxundu 424


Almaniyanın “Leypsiq” klubunun futbolçusu Marsel Zabitserin qiyməti bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, Bundesliqa təmsilçisi kapitanı üçün 10 milyon avro tələb edir.
Marselin xidmətində “Bavariya” maraqlıdır. Münhen təmsilçisi avstriyalının agenti ilə danışıqlara başlayıb.
Zabitser və “Bavariya” arasında müqavilənin şərtləri razılaşdırılıb. Lakin keçidin rəsmiləşməsi üçün “Leypsiq”lə anlaşma əldə olunmalıdır.
Qeyd edək ki, 27 yaşlı avstriyalı “Leypsiq”lə 2022-ci ildə başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib.