cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Premyer Liqa klubları futbolçuları milli komandaya buraxmayacaqlar

25.08.2021 10:49 Oxundu 441


İngiltərə Premyer Liqasının klubları yığmalarında çıxış edən futbolçuları Böyük Britaniya hökumətinin qırmızı siyahısında yer alan ölkələrdə keçiriləcək oyunlara buraxmayacaq.

"CEMPİON.AZ" xəbər verir ki, klubların bu barədə qərarını Premyer Liqa açıqlayıb.
Bu siyahıda futbolçuların getməli olduğu 26 ölkə var. Həmin ölkələrdən qayıdan oyunçular koronavirusla bağlı 10 günlük karantində qalmağa məcbur olacaq. Bu üzdən də həmin futbolçular sentyabrda keçiriləcək matçlara buraxılmayacaq.