cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

"Çelsi" hücumçu ilə yollarını ayırdı

25.08.2021 13:48 Oxundu 433


İngiltərənin “Çelsi” klubu futbolçusu İke Uqbonu satıb.

"CEMPİON.AZ" xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını “Genk”də davam etdirəcək. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Genk” Uqbo ilə 2025-ci ilin yayına qədər  müqavilə imzalayıb.
Qeyd edək ki, İngiltərənin U-21 yığmasının da üzvü olan Uqbo “Çelsi”nin yetirməsidir.