25.08.2021 14:23
458
"Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo məşqi sona qədər davam etdirə bilməyib.
"CEMPİON.AZ" xəbər verir ki, futbolçu bugünkü səhər məşqini sona çatdıra bilməyib.
Buna forvardın zədəsi səbəb olub. Əlində xəsarət olan Ronaldo məşq etməkdə çətinliklə üzləşib.
Qeyd edək ki, Portuqaliya millisinin futbolçusunun transfer pəncərəsinin sonuna qədər Turin klubunu tərk edəcəyi barədə xəbərlər yayılıb.