cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Əliyar Ağayev UEFA Konfrans Liqasının oyununa təyinat aldı

25.08.2021 15:27 Oxundu 483


FİFA referisi Əliyar Ağayev və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik növbəti təyinat alıb.

"CEMPİON.AZ" xəbər verir ki, təmsilçilərimiz beynəlxalq matçlarda iş başında olacaq.
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Gent” (Belçika) – “Rakov” (Polşa) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş avqustun 26-da Belçikada keçiriləcək.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Ukrayna oyununun hakim-inspektoru Fritz Stuxlik olacaq. Bu matç sentyabrın 1-də Nur-Sultan şəhərindəki “Astana Arena”da baş tutacaq.