“Klubun heyətində kubokun finallarında oynamışam. Bu möhtəşəm matçlardır”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Aberdin”in futbolçusu Co Lyuis deyib.
Qapıçı Konfrans Liqasının “Qarabağ”la matçı barədə fikirlərini açıqlayıb: “Futbolçular da, məşqçilər də mükafat qazanmaq istəyir. “Qarabağ”la matç bizə titul qazandırmayacaq. Amma çox sayda mükafat olacaq. Bunlar maliyyə qazancı və böyük səhnədə oynamaq imkanıdır”.
Co qrup mərhələsi arzusu barədə danışıb: “Qrupa düşmək əla olardı. Bu, ən azı daha 6 oyun keçirmək imkanı verir. Bunlardan üçü evdə keçiriləcək ki, azarkeşlər üçün böyük sevinc olacaq. Koronavirus pandemiyası dövründəki sıxıntılı dövrdə maliyyə baxımından alacağımız mükafat da çox önəmlidir. Uzun illərdir qrupa düşmürük. “Aberdin”i Avropa futboluna qaytarmaq fantastik imkandır. Bizi qrupdan bir oyun ayırır. Bunun üçün qalib gəlməliyik. “Qarabağ”ın yaxşı komanda olduğunu bilirik. Amma son iki turda da yaxşı rəqiblərlə qarşılaşmışıq. Rəqibin gücünü bilirik, amma çəkinmirik. Onların gücünü, özümüzü düşünmək lazımdır”.
BİZİM FUTBOL
“Aberdin”in futbolçusu: "Bizi qrupdan bir oyun ayırır"
26.08.2021 09:45
443