Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Konfrans Liqasının Avropa Liqasının pley-off mərhələsində "Slaviya" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında komandanın futbolçusu Mahir Emreli haqda danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, o, özü ilə birgə mətbuat konfransında iştirak edən millimizin üzvünün "Slaviya" ilə cavab görüşündə oynamaq şansını yüksək qiymətləndirib:
"Mahir bizim maskotumuzdur. Cavab matçında oynamaq şansı çoxdur. O, bunun üçün əlindən gələni edir.Son oyunfa qol vurdu, məşqdə yaxşı işləyir. Ancaq start heyətlə bağlı yekun qərar oyun günü veriləcək".
Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb
BİZİM FUTBOL
Çeslav Mixneviç: "Mahirin cavab matçında oynamaq şansı çoxdur"
26.08.2021 11:20
490