26.08.2021 13:18
452
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Tomas Dileyni "Sevilya"ya transfer olunub.
"CEMPİON.AZ" İspaniya klubunun saytına istinadən xəbər verir ki, danimarkalı oyunçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, T.Dileyni 2018-ci ildən "Borussiya"da oynayırdı.