27.08.2021 11:16
656
Azərbaycan millisinin futbolçusu Mahir Emreli komandası “Legiya Varşava” tərəfindən sosial şəbəkələrdə “hero” (qəhrəman) adlandırılıb.
"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb M. Emralinin ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsində “Slaviya Praq”a qarşı mübarizədə dubl etməsi olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Mahirin vurduğu qollar Polşa klubunu Avroliqanın qrup mərhələsinə aparıb.