Bu gün Konfrans Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"ın qrup mərhələsindəki rəqibləri məlum olacaq.
"CEMPİON.AZ" xəbər verir ki, 32 komandanın çıxış etdiyi yeni turnirdə komandalar 8 qrupa bölünəcək.
Püşk atma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Azərbaycanın Avropadakı ən yaxşı təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Qurban Qurbanovun yetirmələri püşk zamanı 2-ci səbətdə yer alacaq.
Qeyd edək ki, Avropanın 3-cü dərəcəli klub turnirində qrup mərhələsi sentyabrın 16-da başlayacaq.
1-ci səbət
“Roma” (İtaliya)
“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Slaviya” (Çexiya)
“Kopenhagen” (Danimarka)
“Gent” (Belçika)
“Alkmaar” (Niderland)
LASK (Avstriya)
2-ci səbət
“Feyenord” (Niderland)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Renn” (Fransa)
“Partizan” (Serbiya)
ÇFR (Rumıniya)
“Zarya” (Ukrayna)
3-cü səbət
“Union” (Almaniya)
MOİK (Bolqarıstan)
“Vitess” (Niderland)
“Slovan” (Slovakiya)
“Yablonets” (Çexiya)
“Alaşkert” (Ermənistan)
“Flora” (Estoniya)
“Kayrat” (Qazaxıstan)
4-cü səbət
“Linkoln” (Cəbəllütariq)
“Randers” (Danimarka)
“Omoniya” (Kipr)
“Anortosis” (Kipr)
HİK (Finlandiya)
“Makkabi” (Hayfa, İsrail)
“Bodo Qlimt” (Norveç)
“Mura” (Sloveniya)