2021/2022 mövsümü üçün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
"CEMPİON.AZ" xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə qrupların tərkibi müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Napoli" (İtaliya), "Lester Siti" (İngiltərə) və "Spartak" (Moskva, Rusiya) ilə birlikdə C qrupunda yer alıb.
Türkiyə təmsilçilərindən "Fənərbağça" D qrupunda "Olimpiakos" (Yunanıstan), "Ayntraxt" (Frankfurt, Almaniya), və "Antverpen"ə (Belçika), "Qalatasaray" isə E qrupunda "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya) və "Marsel"ə (Fransa) rəqib olub.
A qrupu: "Lion" (Fransa), "Reyncers" (Şotlandiya), "Sparta" (Praqa, Çexiya), "Bröndbü" (Danimarka)
B qrupu: "Monako" (Fransa), PSV (Eyndhoven, Niderland), "Real Sosyedad" (İspaniya), "Şturm" (Qrats, Avstriya)
C qrupu: "Napoli" (İtaliya), "Lester Siti" (İngiltərə), "Spartak" (Moskva, Rusiya), "Legiya" (Varşava, Polşa)
D qrupu: "Olimpiakos" (Yunanıstan), "Ayntraxt" (Frankfurt, Almaniya), "Fənərbağça" (Türkiyə), "Antverpen" (Belçika)
E qrupu: "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Marsel" (Fransa), "Qalatasaray" (Türkiyə)
F qrupu: "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Lüdoqorets" (Razqrad, Bolqarıstan), "Midtüllan" (Danimarka)
G qrupu: "Bayer" (Leverkuzen, Almaniya), "Seltik" (Şotlandiya), "Betis" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)
H qrupu: "Dinamo" (Zaqreb, Xorvatiya), "Genk" (Belçika), "Vest Hem" (İngiltərə), "Rapid" (Vyana, Avstriya),
Qeyd edək ki, oyunlar 16 sentyabr, 30 sentyabr, 21 oktyabr, 4 noyabr, 25 noyabr və 9 dekabrda olacaq.