Baş məşqçimiz Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
"CEMPİON.AZ" xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən futbol mütəxəsisi rəqibləri ciddi adlandırıb: "Hər üçün ciddi rəqibdir. İki komanda - "Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük".
Komandamız H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.
BİZİM FUTBOL
Qurban Qurbanov: "Hər bir komandaya qarşı ciddi hazırlaşacağıq"
27.08.2021 16:52
495