27.08.2021 23:41
412
"Mançester Siti" transfer pəncərəsi bağlanana qədər hücumçu almaq istəyir.
"CEMPİON.AZ" "Manchester Evening News"a istinadən xəbər verir ki, İngiltərə klubu "Bavariya"nın hücumçusu Robert Levandovskini transfer etmək istəyir.
Bu yay "Tottenhem"dən Harri Keyni almaq klubun əsas məqsədi idi. Ancaq Mançester təmsilçisi buna müvəffəq olmayıb.
Həmçinin klub Kriştiano Ronaldo ilə müqavilə imzalamaq şansını əldən verib. Portuqaliyalı hücumçu "Mançester Yunayted"ə qayıtmağa qərar verib.
Baş verənlərdən sonra klub Levandovskini transferi ilə danışıqlara başlamağı düşünür.