28.08.2021 09:45
418
"Qrupda cazibəli və tanınmış klubların olmadığı üçün təəssüflənirəm".
"CEMPİON.AZ" nau.ch-a istinadən xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Bazel"in baş məşqçisi Patrik Rahmen deyib. 52 yaşlı mütəxəssis ev oyunlarına kifayət qədər azarkeşin gəlməyəcəyi üçün təssüflənib:
"Qrupda cazibəli və tanınmış klubların olmadığı üçün təəssüflənirəm. Şübhəsiz ki, ev oyunlarımızda izdiham olmayacaq. Səfərlərimiz də uzun keçəcək. Bu səbəbdən çempionat matçlarında çətinlik yarana bilər. Məqsədimiz avrokuboklarda irəliləmək olmalıdır".
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya"ya (Kipr) qarşı mübarizə aparacaq.