cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

23 yaşlı futbolçu millidən imtina etdi

28.08.2021 11:22 Oxundu 407


Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Mateus Nunyes karyerasında ilk dəfə Braziliya yığmasına çağırılıb.

"CEMPİON.AZ" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi dəvəti rədd edib.
Buna Portuqaliya millisində oynamaq perspektivi səbəb olub. Belə ki, pireneylilərin baş məşqçisi Fernando Santos Nunyeslə görüşərək onun milliləşməsini müzakirə edib.Braziliyada anadan olan futbolçu 12 ildir Portuqaliyada yaşadığından bu təklif ona cəlbedici görünüb. Nunyes DÇ-2022-nin seçmə mərhələsinin Çili, Argentina və Peru ilə matçlarına yollanmaqdan imtina edib.