28.08.2021 23:39
428
Almaniyanın "Bavariya" klubu heyətinə yeni futbolçu qatmaq niyyətindədir.
"CEMPİON.AZ" Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"dən Marsel Zabitseri almaq istəyir. Tərəflər artıq 27 yaşlı yarımmüdafiəçinin transferi üçün danışıqlara başlayıb. "Bavariya" avstriyalı oyunçuya görə qarşı tərəfə 16 milyon avro ödəyəcək.
Həmçinin bildirilib ki, artıq "Bavariya" Zabisterlə prinsipial razılıq əldə edib.
Qeyd edək ki, Zabister 2014-cü ildən "Leyptsiq"də oynayır.