cümə axşamı, 28 noyabr 2024

DİGƏR NÖVLƏR

Tokio-2020: İdmançımız finala yüksəlib

29.08.2021 10:16 Oxundu 559


Azərbaycanın para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti çıxışını edib.

"CEMPİON.AZ" xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.
27 yaşlı idmançı 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.