29.08.2021 15:46
442
İspaniyanın “Barselona" klubundan ayrılan Oriol Buskets karyerasını Fransada davam etdirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Klermon”a keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Busketslə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan ispan futbolçunun Kataloniya klubu ilə müqaviləsi başa çatıb və o, “Klermon”a azad agent kimi keçib.