cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Nqolo Kante sıradan çıxıb

29.08.2021 16:27 Oxundu 449


İngiltərənin “Çelsi” klubu itki ilə üzləşib.

"CEMPİON.AZ" xəbər verir ki, bunu baş məşqçi Tomas Tuxel açıqlayıb.
Alman mütəxəssis bildirib ki, Nqolo Kante zədələnib. Yarımmüdafiəçi Premyer Liqanın III turunun “Liverpul”la görüşündə (1:1) xəsarət alıb.
Tuxelin sözlərinə görə, “Arsenal”la matçı tam keçirməyən Kante bərpa olunsa da, mersisaydlılarla görüşdə zədəsini yeniləyib. Onun nə vaxt meydana qayıdacağı müayinələrdən sonra bəlli olacaq.