cümə axşamı, 28 noyabr 2024

DÜNYA FUTBOLU

Millimizə qarşı oynamayacaq

30.08.2021 11:21 Oxundu 458

DÇ-2020-nin seçmə mərhələsində millimizlə üz-üzə gələcək Portuqaliya yığma komandasının futbolçusu Rikardu Pereyra matçda iştirak edə bilməyəcək.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin bu mərhələdə İrlandiya və Azərbaycanla matçda iştirak edə bilməyəcəyi bildirilib. O, zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə Nelson Semedu tərkibə daxil edilib.
Xatırladaq ki, bir müddət əvvəl "Lill"in yarımmüdafiəçisi Renatu Sanşeşin də Portuqaliya millisinin sentyabrda keçiriləcək matçlarında iştirak edə bilməyəxəyi açıqlanmışdı.
Qeyd edək ki, sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu 20:00-da başlayacaq.