cümə axşamı, 28 noyabr 2024

BİZİM FUTBOL

Lüksemburq - Azərbaycan matçının hakimləri açıqlandı

30.08.2021 12:45 Oxundu 462


Millimizin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacağı matçın hakimləri açıqlanıb.

"CEMPİON.AZ" xəbər verir ki, oyunu Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcəklər.
Görüşün baş hakimi İrfan Pelto olacaq. Ona yan xətt hakimləri Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.
Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.